Astarada FACİƏ! 17 yaşlı tələbənin meyiti tapıldı

Astarada kollec tələbəsinin meyiti tapılıb.

Hadisə rayonun Təngərüd kəndində baş verib. Kənd sakini 2007-ci il təvəllüdlü Məhəmmədəli Şamil oğlu Qəmxarovun meyiti yaşadığı evdə aşkarlanıb.

Qeyd edək ki, 17 yaşlı gəncin intihar etdiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//APA

16.10.2024 10:41
467