Astarada 18 yaşlı qızın meyiti tapıldı

Astarada meyit aşkarlanıb.

APA-nın verdiyi xəbərə görə, hadisə gecə saatlarında Astara rayonunun Pensər kəndində baş verib. 18 yaşlı qızın meyiti asılmış vəziyyətdə tapılıb.

Qeyd edək ki, valideynlərini itirən qız babası ilə yaşayırmış.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

04.11.2024 16:16
528