Astara və Lerikdə qanunsuz ov faktları müəyyən olunub

Astara və Lerikdə qanunsuz ov faktları müəyyən olunub.

"Report"un Cənub bürosu xəbər verir ki, polis əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində M.Əlizadə və və R.Rzayevin Astara rayonunun Ərçivan qəsəbəsi, E.Tellizadə və N.Tellizadənin isə Lerik rayonunun Hamarat kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub.

Onlardan 3 ədəd müxtəlif markalı ov tüfəngləri, digər ov alətləri və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.

Faktlar üzrə araşdırma aparılır.

17.11.2024 14:07
190