Astanada xüsusi təyinatlılar bank filialında saxlanılan 7 girovu azad ediblər.
Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov bildirib ki, şübhəli şəxs saxlanılıb, girovlardan heç biri xəsarət almayıb. “Hər kəs həkimlər tərəfindən müayinə olunub. Girovlar və hücum edən şəxs yaralanmayıb”, - məlumatda deyilir.
Nazirlikdən bildirilib ki, Axmetjanov cinayətkarla özü danışıqlar aparıb, girovların azad edilməsi üzrə əməliyyata da rəhbərlik edib.
O, jurnalistlərə bildirib ki, xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər. “Banka hücum edən şəxs təcridxanaya yerləşdirilib”, - nazir bildirib. (Oxu.az)
@@TVmusavat/63538@@