Astana: AES referendumunun yekun nəticələri açıqlanıb

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası AES-in tikintisi üzrə respublika referendumunun yekun nəticələrini açıqlayıb.

Musavat.com 24kq saytına istinadla xəbər verir ki, daxil olan məlumatlara görə, referendumda iştirak etmək hüququ olan Qazaxıstan vətəndaşlarının ümumi sayı 12 milyon 284 min 487 nəfər təşkil edib.

Səsvermədə iştirak edən vətəndaşların sayı 7 milyon 820 min 204 nəfər və ya referendumda iştirak etmək hüququ olan vətəndaşların sayının 63,66 faizini təşkil edib.

Referenduma çıxarılan məsələnin müsbət həllinə səs verən vətəndaşların sayı 5 milyon 561 min 937 nəfər və ya 71,12 faiz təşkil edib.

Beləliklə, referendum baş tutmuş sayılır.

Referenduma çıxarılan məsələ ilə bağlı müsbət qərar qəbul edilib.

Musavat.com

 

08.10.2024 11:11
420