Assanj: "MKİ-nin məni oğurlamaq və öldüürmək planı olub"

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) WikiLeaks-in qurucusu Culian Assanja qarşı “qisas kampaniyası”na başlayıb və kəşfiyyat təşkilatlarının ekstraterritorial repressiyadakı imkanlarını dünyaya nümayiş etdirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, C.Assanj özü Avropa Şurasında keçirilən konfransda çıxış edərkən bildirib.

“MKİ-nin aqressiv məhkəmədənkənar və ekstraterritorial üsullarla məni, ailəmi və həmkarlarımı hədəf alması güclü kəşfiyyat təşkilatlarının transmilli repressiyaları necə həyata keçirdikləri barədə nadir fikirlər verir”, - Assanj bildirib.

O, qeyd edib ki, zərərli proqram təminatının kütləvi istehsalı və MKİ-nin casusluq proqramı haqqında məlumatların dərcindən sonra təşkilatın o vaxtkı rəhbəri Mayk Pompeo AssanJ və onun tərəfdarlarına qarşı “qisas kampaniyasına” başlayıb.

WikiLeaks-in yaradıcısının sözlərinə görə, onun Avropadakı tərəfdarları haker hücumlarına məruz qaldığı və oğurluqlarla üzləşdiyi bir vaxtda onu Londonda oğurlamaq və öldürmək planları olub.

“Həyat yoldaşım və kiçik oğlum da hədəfə alınıb. MKİ zabitinə həyat yoldaşımı daim izləmək tapşırılıb və altı aylıq oğlumun uşaq bezi ilə DNT əldə etmək üçün göstərişlər verilib”, - deyə Assanj ABŞ kəşfiyyatının 30-dan çox hazırkı və keçmiş rəsmisinin ifadələrinə istinad edərək vurğulayıb.

Musavat.com

01.10.2024 13:15
258