AŞPA-da Azərbaycana qarşı atılan qərəzli addımı qətiyyətlə pisləyirik. Azərbaycan nümayəndə heyəti də artıq öz mövqeyini bildirib. Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Tamamilə razıyam ki, bu qəzəbli addımın atılması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsidir. Avropa Parlamentinin mövqeyi həmişə mövcud idi, Azərbaycan nümayəndə heyəti də bu ittihamlara cavab verirdi. Belə bir mövqeyin sistemli şəkildə və təşkil olunmuş formada tətbiq edilməsi hansısa yeni element olmalıdır. Bu isə tamamilə yeni davranışı ortaya qoydu. Yenə xatırladıram ki, 19-20 sentyabr antiterror tədbirləri müharibədən sonra 3 il ərzində edilən xəbərdarlıqların nəticəsi idi və Azərbaycan konstitusiyasına, beynəlxalq hüquqa tamamilə uyğun idi", - C.Bayramov əlavə edib.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməməsi üçün xüsusi canfəşanlıq edən almaniyalı deputat Frenk Şvabe (Frank Schwabe) 2016-cı ildə (2 iyun) Almaniya parlamentində qondarma erməni genosidinin tanınması üçün hərəkətə keçmişdi. Yəni Frenk Şvabe erməni lobbisinin satın aldığı siyasətçilərdən biridir.
Daha biri - 2009-2019-cu illərdə Frenk Engel (1975) Avropa Parlamentinin üzvü olub. O, dəfələrlə Qarabağa səfər edib, "Dağlıq Qarabağın müstəqilliyinin zəruriliyini" əsaslandırmağa çalışıb. Təqdim etdiyim fotoların birində o, erməni milli paltarında erməni sevgilisi ilə birlikdə yer alır.
TVMusavat-ın bu gün saat 12:15-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla söhbətləşir.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat