“Aşk-ı Memnu” QAYITDI 

Türkiyə televiziyasının məşhur seriallarından olan “Aşk-ı Memnu” təkrar epizodları ilə tamaşaçıların görüşünə hazırlaşır.

Musavat.com xəbər verir ki, ilk dəfə 4 sentyabr 2008-ci ildə yayımlanmağa başlayan və 24 iyun 2010-cu ildə final edən ekran əsəri yenidən tamaşaçılarla görüşmək üzrədir.

Baş rollarda Beren Saat, Kıvanç Tatlıtuğ, Selçuk Yöntem və Nebahat Çehre kimi məşhur aktyorların yer aldığı bu ekran əsəri tamaşaçılara sevgi və intriqalarla dolu bir hekayə təqdim edir.

Serial həftə içi hər gün saat 16:30-da “Kanal D”də yayımlanacaq.

Musavat.com 

24.05.2025 13:35
3519