Asiyanın ən varlı ailəsinin oğlu evlənir, toya dünyanın ən məşhurları qatılıb - FOTO

Asiyanın ən zəngin iş adamı Mukeş Ambaninin kiçik oğlu Anant Ambani mart ayından bəri davam edən şənliklərdən sonra bu gün evlənib.

Asiyanın ən zəngin iş adamı Mukeş Ambaninin kiçik oğlu Anant Ambaninin toy tədbirləri Hindistanın Mumbay şəhərində başlayıb. Əczaçılıq üzrə ölkəsinin ən nəhəng şirkəti olan “Encore”un varisi Anant və Radhika Merchantın 4 günlük nikah mərasimi mart ayında başlayıb. Şənliyə Mark Zukerberq və Bill Qeytsin də qatılıb.

Dünyanın ən zəngin insanlarını bir araya gətirən toyda televiziya ulduzları və İngiltərənin keçmiş baş naziri Toni Bleyr də iştirak edib.

Mart ayında başlayan şənliklər çərçivəsində Ambaninin ailəsi iyun ayında böyük əyləncə gecəsi təşkil edib. Həmin tədbirə 800 adam qatılıb.//BAKU.WS

13.07.2024 00:47
2564