Asim Mollazadə: “Biz dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısını almalıyıq”

Deputat, DİP sədri Asim Mollazadə “Siyasi partiyalar haqqında” qanun layihəsinin parlamentdəki müzakirəsi zamanı ümumi şəkildə layihəni dəstəklədi.

O bildirdi ki, qanun layihəsinin qəbulunun əsas səbəbi Azərbaycanda ölkə başçısının rəhbərliyi ilə aparılan islahatlar, yeni sistem formalaşdırmaqdır. “Amma biz dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısını almalıyıq. 5 min nəfərlik partiya üzvlərinin sayı 4500-ə düşsə, niyə onun əl-qolunu bağlamalıyıq ki? Nə ehtiyac var ki, biz hökumətin siyasi partiyalara nəzarətini gücləndiririk?”-deputat əlavə etdi.

A.Mollazadə komitələrin Venetsiya Komissiyası ilə əlaqələrini bərpa etməyə çağırdı. Bildirdi ki, buna ehtiyac var, bu, Azərbaycan dövlətinin nüfuzunu artırar.

E.Paşasoy,

Musavat.com

 

23.11.2022 12:35
507