AŞ-nın baş katibi Kiyevə səfər üçün dəvət gözləyir

Kiyevə hər zaman səfər etməyə hazıram.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bu gün AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib.

O çıxışında Ukrayna xalqı ilə həmrəy olduğunu, onların dözümlülüklərini alqışladığını bildirib.

Baş katib qeyd edib ki, Kiyevə istənilən vaxt səfər etməyə hazırdır: "Mən Ukrayna səlahiyyətliləri ilə sıx əlaqədəyəm. Ancaq Kiyevə səfərim üçün qaydalara əsasən, ilk olaraq Ukrayna tərəfindən dəvət gəlməlidir. Ümid edirəm ki qısa zamanda Kiyevə tezliklə səyahət edə biləcəyəm”.

26.04.2022 21:30
327