“Ermənistanda hərbi vəziyyət elan edilməlidir. Əhalinin məskunlaşdığı ərazilərin giriş-çıxışlarında polislər bloklar qurmalı, giriş-çıxış edən bütün nəqliyyat vasitələrini yoxlamalıdır”.
Konkret.az xəbər verir ki, bununla bağlı hərbi ekspert Hraçya Arzumanyan hökumətə müraciət edib:
“Kritik infrastruktur obyektləri də mühafizə altına alınmalıdır. Vətəndaşların xəbərdar edilməli, məlumatlar operativ çatdırılmalıdır”.