Arzuman Abdulkərimovun namizədliyi təsdiqləndi

7 fevral növbədənkənar Prezident seçkisinə namizədlərin irəli sürülməsi mərhələsi davam edir. İndiyə qədər namizədliyini irəli sürənlərin sayı 15 nəfərə çatıb.

Prezidentliyə namizədliyi müstəqil olaraq özü tərəfindən irəli sürülən Arzuman Abdulkərimovun Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında namizədliyinin irəli sürülməsi təsdiqlənib.

MSK-nın iclasında eyni zamanda namizədin səlahiyyətli nümayəndələri kimi İlqar İlkini (Bayraməliyev), maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi isə Elnur Məmmədli də təsdiq ediliblər.

Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

26.12.2023 17:44
713