Arvadını və daha 3 qohumunu öldürmək istəmişdi...

Xaçmaz rayonunda arvadını, baldızını, qaynını və qayınanasını amansızlıqla qətlə yetirməyə cəhd etmiş şəxsin məhkəməsi başa çatıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Quba rayon Dağlı kənd sakini 1984-cü il təvəllüdlü Niyaməddin Qədirova hökm oxunub.

Məhkəmədə bildirilib ki, N.Qədirov ailə münaqişəsi zəminində ondan ayrılaraq anasının yanında yaşayan həyat yoldaşı Ülviyyə Qədirovanın ardınca Xaçmaz rayonu Niyazoba kəndinə gedib.

Gecə saat 01 radələrində N.Qədirov qayınatasına məxsus evdə arvadını, onun anasını, bacısını və qardaşını çoxsaylı zərbələrlə bıçaqlayaraq ağır xəsarətlər yetirib.

N.Qədirov Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.6 və 29,120.2.7-ci maddələri (İctimai borcunu yerinə yetirən şəxsi və yaxın qohumlarını öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 11 il 3 ay həbs cəzası verilib.

20.05.2024 20:02
709