Ər arvadını və qayınanasını bıçaqlayıb intihar etdi.
"Ölkə.Az" xəbər verir ki, hadisə Türkiyədə baş verib. 50 yaşlı Əli Yavuz ilə boşanma prosesində olan həyat yoldaşı Məlek Yavuz və qayınanası 68 yaşlı Ayşe Karakaş arasında mübahisə düşüb.
Mübahisənin böyüməsi ilə Əli Yavuz həyat yoldaşına və qayınanasina çoxsaylı bıçaq xəsarətləri yetirib.
Hər iki qadın qonşularının köməkliyi ilə hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq Melek Yavuzun həyatını xilas etmək mümkün olmayıb. Anasının isə vəziyyətinin ağır olduğu bildirilib.
Cinayəti törətdikdən sonra hadisə yerindən qaçan Əli Yavuzun intihar edərək həyatına son qoyduğu məlum olub.