Arvadını balta ilə öldürən kişi: "Mənimlə maraqlanmırdı"

Türkiyənin Adana şəhərində 65 yaşlı həyat yoldaşı Ayşe Cebecini amansızlıqla öldürən təqaüdçü Türk Dili müəllimi 70 yaşlı İbrahim Cebecinin ifadəsi üzə çıxıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, "Komando baba" kimi tanınan Cebeci polisə verdiyi ifadəsində "Mənimlə maraqlanmırdı, yemək bişirmirdi, paltarlarımı yumurdu" - deyib.

Xatırladaq ki, Cebeci oktyabrın 26-da səhər saatlarında həyat yoldaşı Ayşe Cebeciyə balta ilə hücum edib.

O, arvadının başına balta ilə dəfələrlə zərbə endirərək qətlə yetirib.

Daha sonra məhəllə muxtarının yanına gedən Cebeci arvadını öldürdüyünü bildirib.

Hadisə yerinə sağlamlıq və polis qrupları cəlb edilib.

Saxlanılan İbrahim Cebeci həbs edilib.

30.10.2023 15:22
1538