Arvad-uşağını öldürüb İNTİHAR ETDİ

Türkiyədə ailə qətliamı olub.

Hadisə Bursa şəhəri Mustafakamalpaşa qəsəbəsində baş verib.

Belə ki, 34 yaşlı Samet Özdemir arvadı 28 yaşlı Zeynəbi, həmçinin 9 yaşlı oğlu Metehan və 4 yaşlı Batuhanı tapança ilə öldürüb. S. Özdemir daha sonra həmin silahla da intihar edib.

Heyvandarlıqla məşğul olan ailə üzvlərinin meyitini onlara gələn qohumları aşkar ediblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və araşdırmalara başlanılıb.

11 ildir evli olan ər-arvad arasında mütəmadi münaqişə yarandığı, Z. Özdemirin bir müddət ata evində qaldığı və hadisədən 2 gün əvvəl öz evlərinə qayıtdığı bildirilir.//Lent.az

05.11.2023 01:50
2398