Arutyunyanın alacağı cəza BƏLLİ OLDU - VƏKİLDƏN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, Gəncə hadisələrindən sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev A.Arutunyan barədə bəyanat yaymış və onun cinayətləri haqda kifayət qədər sübutların toplandığını bildirmişdi.

Həmçinin, ona Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıldığı haqda da məlumat vermişdi.

Eyni zamanda, Araik Arutyunyan 44 günlük müharibə zamanı Gəncə şəhərindəki yaşayış binasının raketlə vurulması əmrini verdiyini videomüraciət zamanı da etiraf etmişdi.

Məsələ ilə bağlı “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov bildirib ki, Araik Arutyunyan barəsində irəli sürülən ittihamlar təsdiqini taparsa, o, ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır:

“Azərbaycan Respublikasının cinayət qanunverciliyinə əsasən, onun təqsiri məhkəmə istintaqında tədqiq olunan dəlillərlə sübuta yetirilməlidir”.

Qeyd edək ki, A.Arutyunyanın hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edir.

04.10.2023 14:10
2338