“Azərbaycanla bütün məsələlər müzakirə olunur”.
Musavat.com xəbər verir ki, bunu oktyabrın 30-da parlamentdə jurnalistlərlə söhbətində Ermənistan baş nazirinin aparat rəhbəri Araik Arutyunyan deyib.
Bunun Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbinə də aid olub-olmaması ilə bağlı suala Arutyunyan belə cavab verib:
“Mən bunu demədim. Qırmızı xətlərimizin olduğunu bildirdik və bu barədə məlumat verdik”.
“Böyük oyunçular, üçüncü tərəflər həqiqətən də sülh müqaviləsinin imzalanması ilə bağlı artıq təzyiq göstərmirlərmi?” sualına Ermənistan baş nazirinin aparat rəhbərinin cavabı belə olub:
“Böyük dövlətlərin istənilən prosesdə öz maraqları var və onları rəhbər tuturlar. Biz öz maraqlarımızı güdməliyik”.
Musavat.com