Qarabağda 30 ildən çox mövcud olmuş xunta rejiminin başçıları - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Samvel Şahramanyan Ermənistana köçməyib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, onlar Qarabağda qalmaqda davam edirlər.
“Dünən axşamdan sosial şəbəkələrdə və teleqram kanallarında “artsax”ın 3 “prezidenti”nin (ermənilər hələ də sarsaq təqdimatdan əl çəkmirlər - red.) danışıqlar nəticəsində sağ-salamat İrəvana çatdırılması barədə məlumatlar fəal şəkildə yayılır. Lakin bizdə olan məlumata görə, “artsax”ın “keçmiş prezidentləri”, “hökumət” üzvlərinin əksəriyyəti, o cümlədən “təhlükəsizlik qüvvələrinin rəhbərləri” “artsax”dadırlar”, - məlumatda qeyd olunur.
İddia olunur ki, bu gün baş tutacaq bir sıra görüşlər və müzakirələr nəticəsində Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyanın taleyi həll olunacaq.
Musavat.com