Müğənni Nadir Qafarzadə həmkarı və duet ortağı Ayan Babakişiyeva ilə bağlı özünə qadağa qoyub.
Bu barədə o, Ayanla birgə qonaq olduğu “Həmin Zaur” verilişində danışıb.
Qafarzadə bildirib ki, buna səbəb sosial şəbəkələrdə Babakişiyeva ilə onun eşq yaşaması ilə bağlı yayılan şaiyələrdir:
“Ayana artıq heç bir kompliment dəyə bilmirəm çünki o dəqiqə sözlərimi başqa yerlərə yozurlar və məndə əsəbiləşirəm. Bu gün də bu haqda sosial şəbəkədə yazılar oxumuşam. İkimizin adı yan-yana çəkilir. Bizdən əl çəkmirlər. Əslində bu yaxşıdır. Böyük və dahi insanlar haqqında danışmaq yaxşıdır. Qoy danışsınlar. Amma düzünə və haqqına danışsınlar. Ayındır! Ayan mənim sənət dostumdur. Mən haqqımızda deyilənləri danışmaq istəmirəm. İnsanlar bilirlər bu nə mövzudur. Amma haqsız danışmaq böyük günahdır. Haqqa girmək doğru və düzgün deyil. Biz müsəlmanıq. Amma bəzilərində müsəlmanlığın “m” hərifi yoxdur. Həqiqətləri bilmədən insanlar necə belə şeylər danışırlar. Artıq Ayandan uzaq qaçıram. Çünki qorxuram ki, yenə nələrsə danışacaqlar”.
Nadirin bu sözlərinə cavab olaraq Ayan bu mövzuda fikirlərini belə nəql edib:
“Düşünürəm ki, kim özünü hər zaman müdafiə edirsə başqa mövzuya yön alır. Kim nə istəyirsə düşünsün. Önəmli olan hər kəsin özünü tanımasıdır. Mənim Nadirə olan münasibətimi yaxın çevrəm çox gözəl bilir. Eləcə də onun mənə olan münasibətini... Təbii ki, səhnədə biz bir obraz yaradırıq. Orada da bir səhnə qururuq. Nadir çox gözəl ailəsi var. Mənim çox gözəl ailəm var. Dostluğumuz davam edir. Heç kim narahat olmasın. Lazım olanda el məclislərində, konsertlərdə də iştirak edirik”./olay