Armen Qriqoryan İrana GETDİ

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bazar günü İran rəsmiləri, o cümlədən bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) katibi general Əli Əkbər Əhmədian ilə görüşmək üçün Tehrana gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan rəsmisinin səfərinin gündəliyinə regiondakı son hadisələrin və ikitərəfli münasibətlərin, xüsusən də iqtisadi və infrastruktur sahələrindəki məsələlərin müzakirəsi daxildir.

Musavat.com

01.10.2023 18:06
886