Oktyabrın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Çexiyanın paytaxtı Praqaya işgüzar səfərə gedəcək.
Musavat.com erməni mediasına istinadən bildirir ki, Qriqoryan Çexiyada “Forum 2000” konfransında iştirak edəcək. Səfər çərçivəsində işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.
Ermənistan Təhlükəsizlik Şurasının ofisi bildirir ki, A.Qriqoryan Almaniya Federativ Respublikasının paytaxtı Berlinə də gedəcək və burada işgüzar görüşlər keçirməyi planlaşdırıb.
Musavat.com