Arif Quliyevin oğlu: “Ümidimiz yalnız Allahadır” - FOTO

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşıb. Bu səbəbdən aktyorun xanımı "Semaşko" xəstəxanasına yerləşdirilib.

Musavat.com bizim.media-ya istinadən bildirir ki, sənətkarın həyat yoldaşı Gülzar xanımın vəziyyətini xəbər almaq üçün Bizim.Media-nın əməkdaşı A.Quliyevin oğlu Rövşən bəylə əlaqə saxlayıb.

O, qısa olaraq anasının vəziyyətini belə şərh edib:

"Anam reanimasiyadadır. Onun səhhəti ağır olaraq qalır. Günü gündən də ağırlaşır. Artıq üç gündür ki, xəstəxanadayıq. Onun "serroz" xəstəliyindən əziyyət çəkməsi də vəziyyətini daha da ağırlaşdırır. Həkimlər əlindən gələni edirlər ki, anamın səhhəti yaxşılaşsın. Ümidimiz yalnız Allahadır".

22.05.2024 15:10
1321