Arif Hüseynov: “İşlərimə qiymət verilməsi mənə xüsusi güc verir” - AÇIQLAMA

“Şöhrət” ordeni ilə təltif olunduğumdan indi xəbər tutdum”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunan Xalq rəssamı Arif Hüseynov deyib.

Rəssam mükafatın onun üçün gözlənilməz olduğunu qeyd edib:

“Şöhrət” ordeni ilə təltif olunduğumu yeni öyrəndim. Əvvəla onu deyim ki, bu gün mənim 80 illik yubileyimdir. Açığı 80 yaşım olduğum vəsiqəmə baxanda yadıma düşür. Rəsmlə məşğul olanda heç xatırlamıram. Cənab prezidentin mənim işlərimə qiymət verməsi xüsusi güc verir. Orden ilə təltif olunmağımın bu günə təsadüf etməsi maraq doğurur. Ümidvericidir. Gələcəkdə yeni-yeni əsərlər yaratmağa güc verir.

Qarabağda böyük sərgi etmişəm. Bunlar hamısı nəzərə alınıb. Obyektiv qiymət verilib. Diqqətinizə görə, minnətdaram”.

Qeyd edək ki, rəssam Arif Hüseynov 1992-ci ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı”, 2006-ci ildə isə “Azərbaycan Respublikasının Xalq rəssamı” adlarına layiq görülüb.

30.10.2023 14:40
575