Arif Hacılı istefa verdi: "Müsavatın təməl prinsipləri..."

 

Musavat.com xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı istefa açıqlaması yayıb.

Açıqlamada deyilir: "Təsisçilərindən biri olduğum "Elçibəy İnstitutu" adlı qurumdan istefa verirəm. Səbəb "Elçibəy İnstitutu"nun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etmələridir".

Arif Hacılının bu qəfil və sensasion iddiaları ilə bağlı "Elçibəy İnstitutu"nun digər təsisçilərinin və üzvlərinin cavablarını dərc etməyə hazırıq.

 

Musavat.com 

Screenshot_10.png (120 KB)

10.01.2024 00:28
3575