Arda Turan övladını itirdi

"Eyüpspor" klubunun baş məşqçisi Arda Turan və həyat yoldaşı Aslıhan Doğan Turan doğulmamış övladlarını itiriblər.

BAKU.WS bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

2 aylıq hamilə olan Aslıhan həkim müayinəsi zamanı körpəsini itirdiyini öyrənib.

Qeyd edək ki, Arda Turan və yoldaşı 2018-ci ildə evləniblər. Cütlüyün Hamza Arda və Asil Aslan adlı iki övladı var.

27.08.2023 19:12
1687