UEFA Çempionlar Liqasında sabah "Leyptsiq"lə səfər matçı üçün Almaniyaya gedən "Real Madrid" komandasının avtobusu bu ölkədə qəzaya uğrayıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Eichelborn-Nohra arasındakı A4 şossesində avtobusun şəklini çəkmək istəyən şəxs idarəetməni itirərək avtobusa çırpılıb.
Almaniyanın “Bild” nəşrinin məlumatına görə, qəzada xəsarət alan olmayıb.
Qəza zamanı avtobusda Türkiyə millisinin "Real Madrid"də çıxış edən futbolçusu Arda Gülər də olub.
Məlumata görə, qəzadan sonra avtobus yoluna davam edərək Leypsiq şəhər mərkəzindəki otelə çatıb.
Musavat.com