“Azərbaycana təhvil verilmiş sülh müqaviləsi layihəsində tam razılaşdırılmış mətn var”.
Musavat.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan lüksemburqlu həmkarı ilə birgə mətbuat konfransında deyib.
Mirzoyanın sözlərinə görə, 10-cu redaktədə əvvəllər tam razılaşdırılmış maddələr və ya maddələrin hissələri yer alıb.
“Biz Azərbaycanın reaksiyasını gözləyirik. Qısa müddətdə sülh müqaviləsi imzalamaq və sülh səhifəsi açmaq üçün real imkan var”, - deyə Mirzoyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın kommunikasiya xətlərinin açılması ilə bağlı yanaşmaları da dəyişməzdir.
Musavat.com