Ararat Mirzoyan Türkiyəyə gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 15-də Türkiyəyə yola düşəcək.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir zəlzələdən zərər çəkmiş Adıyaman şəhərində axtarış-xilasetmə işləri aparan Ermənistan xilasetmə qrupu ilə görüşəcək. Səfər çərçivəsində Ankarada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.

 

Musavat.com

14.02.2023 21:10
2758