Ararat Mirzoyan Cenevrəyə gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 26-27-də Cenevrəyə işgüzar səfərə gedəcək.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Mirzoyan BMT-nin İnsan Hüquqları Şurasının 55-ci iclasında, eləcə də Silahsızlanma Forumu çərçivəsində çıxış edəcək.

Onun yüksək səviyyəli tərəfdaşlarla da görüşlər keçirəcəyi vurğulanır.

 

Musavat.com

26.02.2024 01:35
478