Ararat Mirzoyan: Bakı ilə İrəvan arasında ən qısa vaxtda sülh sazişinin imzalanması üçün real şans var

Ermənistan və Azərbaycanın ən qısa müddətdə sülh sazişi imzalamaq üçün real şansları var.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Lüksemburq Böyük Hersoqluğunun baş nazirinin müavini, xarici işlər, əməkdaşlıq və xarici ticarət naziri Ksavye Bettellə birgə mətbuat konfransında bildirib.

"Hesab edirik ki, qısa müddətdə sülh sazişi imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitlik səhifəsini açmaq üçün real imkan var", - o qeyd edib.

09.09.2024 15:42
367