Araqçi kimdir? - Vətən müharibəsində Azərbaycana gəlib

Xəbər verdiyimiz kimi, İranın yeni xarici işlər naziri Abbas Araqçi olub.

Musavat.com xəbər verir ki, onun namizədliyi ölkə parlamenti tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Məsud Pezeşkian prezident seçildikdən sonra Əraqçi onun xarici siyasət məsələləri üzrə müşaviri olub. Yeni XİN başçısı həmçinin keçmiş nazir müavini olub və 2015-ci ildə nüvə sazişinin bağlanmasında mühüm rol oynayıb.

İran prezidentinin xüsusi nümayəndəsi kimi 2020-ci ilin oktyabrında Qarabağda 44 günlük müharibənin qızğın vaxtında münaqişənin həll variantlarını müzakirə etmək üçün Ermənistan, Rusiya, Azərbaycan və Türkiyəyə səfər edib.

Şahanə Rəhimli
Musavat.com

18.08.2024 16:14
4482