3 il əvvəl tarixin bu günü Azərbaycanın gözü qan ağlayırdı. Məlum olduğu kimi 2020-ci ilin oktyabrın 4-də erməni terrorçuları Gəncəyə, dinc sakinlərin yaşadığı əraziyə raket atmışdı. Həmin vaxt bütün Azərbaycan Gəncəyə fokslanmışdı, hər kəs oradan gələn xəbərlərdən sarsılmışdı.
Bu gün də oktyabrın 4-dür və Gəncəyə raket atılmasını əmr edən, bu terroru həyata keçirən, bu haqda fəxarətlə danışan Araik Arutyunyan artıq Bakıda, dəmir barmaqlıqlar arasındadır. İlahi ədalət bu olsa gərək. Bəs vətəndaşlarımız Azərbaycanda terrorlar törədən Araik Arutyunyana hansı cəzanın verilməsini istəyir?
TV Musavat əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların fikirlərini öyrənib. Hazırladığımız videoreportajı təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com