Qarabağdan qovulmuş erməni separatçılarının keçmiş başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara müraciət edib. Bu barədə ötən gün məlumat yayılıb.
Bu arada Xankəndidə bir erməni qadın ermənilərin cinayətkar əməllərindən danışıb, onları söyüb, Azərbaycanı öz vətəni hesab etdiyini deyib.
Beləliklə, ermənilərin Azərbaycanla bağlı bu cür ritorikası var. Bəs ermənilər bu cür addımları ilə bizə hansı mesajı vermək istəyirlər? Onların səmimiyyətinə inanmaq olarmı?
TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların mövqeyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com