Fikrimcə, Qarabağ ermənilərinə ərzaq yardımının göstərilməsi rəsmi Bakının güclü siyasətinin təzahürü oldu. Çünki bu, maddi nemətlərlə yanaşı, həm də Qarabağın Azərbaycana inteqrasiyası üçün körpünün qurulmasının nümayişidir.
Musavat.com xəbər verir ki, bu sözləri Rusiya Beynəlxalq Əlaqələr Şurasının aparıcı eksperti Aleksey Naumov Caliber.az saytına verdiyi müsahibəsində deyib.
“Reallıq bundan ibarətdir ki, kimsə Xankəndinin açarlarını azərbaycanlı komendanta təhvil verməlidir və görünür, Araik Arutyunyan bunu etmək istəmir. Ona görə də səlahiyyətlərini başqa bir adama verdi. Separatçıların hər hansı müqavimət imkanlarının tükəndiyi göz qabağındadır. Heç bir həyat qabiliyyəti olmayan bu qondarma qurumun tezliklə çökəcəyi artıq istisna edilmir”, - deyə rusiyalı ekspert qeyd edib.
Musavat.com