Araik başının dəstəsi ilə İrəvanda

Qarabağdakı terrorçu rejimin rəhbəri Araik Arutyunyan başçılıq etdiyi işçi nümayəndə heyəti oktyabrın 11-də İrəvana gəlib.

Musavat.com bununla bağlı Ermənistan Xəbərləri-NEWS.am-a istinadən xəbər verir. Bildirilir ki, Arutyunyanın Ermənistanın baş naziri Nikol Paşinyanla artıq görüşüb-görüşmədiyini öyrənmək mümkün olmayıb. Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr mərkəzindən bildiriblər ki, görüş baş tutduğu zaman məlumat yayılacaq.

Musavat.com

11.10.2022 17:55
2323