Araik Arutunyan İLK DƏFƏ AÇIQLADI: "Hazır olmalıyıq..."

“Əgər ayrıca görüş olsa, xəbər edəcəm. Biz bütün ssenarilərə hazır olmalıyıq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri qondarma və oyuncaq “DQR”in “prezidenti” Araik Arutyunyan deputatların suallarını cavablandırarkən deyib.

Araik Arutunyanın həmin görüşdə bu sözləri işlətdiyi ilə bağlı yerli “CivilNet” saytı məlumat yayıb.

“Biz başa düşməliyik ki, problemlərimiz var və hər şey müqavimətimizin dərəcəsindən asılı olacaq”, - deyə Arutyunyan bildirib.

Musavat.com

30.06.2023 17:10
7442