Bakı bizi ittiham edir ki, erməni xalqı başqa fikirdədir, biz müdaxilə edirik. Ermənistanda da siyasi qüvvələr var ki, bizi Azərbaycan siyasətini aparmaqda suçlayır. Onların hər iksinin məqsədi eynidir: “Artsax hakimiyyətini” (Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə özünü hökumət elan edən qondarma rejim-red.) məhv etmək, burada mövcud olan qurumları yox etmək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu bu gün, avqustun 6-da separatçıların başçısı Araik Arutunyan yerli televiziyaya müsahibəsində deyib.
“Artsax”da (qondarma-red.) istənilən həyati qərar konsensus əsasında olmalıdır. Bugünkü müsahibəmin məqsədlərindən biri Qarabağ ermənilərinə bunu çatdırmaqdır: “Artsax”ın gələcəyi, onun həyati maraqları və öz müqəddəratını təyinetmə hüququmuzla bağlı hər hansı qərar konsensus əsasında veriləcək. Bu günlərdə geniş müzakirələr apardım və davam etdirəcəyəm. Hansı qərar qəbul olunsa da, bu, “Artsax” xalqının (Qarabağ ermənilərinin-red.) maraqlarına cavab verməli, onlar üçün başa düşülən və məqbul olmalıdır”,-deyə Arutunyan qeyd edib.
Musavat.com