Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, sabah gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.