"Apple" və "TikTok"u yeni cərimələr gözləyir

Moskvanın Taqanroq məhkəməsi "Apple", "TikTok" və Wikimedia şirkətlərini qadağan olunmuş materialları silməkdən imtina etdiklərinə görə cərimələyə bilər.

BAKU.WS bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, şirkətlərin hər birini 4 milyon rubla qədər cərimə gözləyir.

"Apple Distribution International LTD" və "TikTok" şirkətlərinə qarşı bir protokol, Wikimedia Fonduna qarşı isə daha iki protokol məhkəmədə qeydə alınıb.

Qeyd olunur ki, protokollara məhkəmədə baxılacaq tarix hələ müəyyən edilməyib.

02.11.2023 19:57
458