“Apple” onu seçənlərə xəbərdarlıq etdi- Bu telefon və kompüterlər risk altındadır

“Apple” şirkəti iPhone, iPad və Mac kompüterlərinin istifadəçilərinə təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

Musavat.com xarici mediaya istinadən bildirir ki, iPhone 6S və sonrakı modellərin, 5-ci nəsil iPad-dən sonra bütün modellərin, bütün iPad Pro modellərinin və iPad Air 2 modellərinin kiber hücumlara qarşı həssas olduğunu bildirən səlahiyyətlilər, istifadəçilərdən cihazlarını yeniləməyi və ən son versiyadan istifadə etmələrini istəyib.

Digər tərəfdən, “MacOS Monterey” proqram təminatı ilə işləyən bütün Mac kompüterlərinin də risk altında olduğu açıqlanıb.

Musavat.com

 

20.08.2022 15:55
1256