"Aparıcıların hamısı özünü Nanəyə oxşadır"

Aparıcı Elgiz Əkbər bir çox həmkarının özünü Nanə Ağamalıyevaya oxşatdığını deyib.

Bu haqda verilişində danışan Elgiz rəqqasə Fatimə Fətəliyevanın ad günündə başına gələni danışıb:

"Fatimə Fətəliyevanın ad günündə idim. 5 aparıcı ilə görüşmüşəm, hamısını Nanə bilmişəm. Üstündən beş dəqiqə keçdi, görürəm bir Nanə də gəldi. Deyirəm, Nanə, necəsən? Yenə başqası gəldi... Dedim, başım getdi. Hamısı özünü Nanəyə oxşadıb. Amma öyrəndim ki, Nanə özü orada yox idi. Onlara Nanə deyəndə isə elə düşünüblər zarafat edirəm, heç biri cavab verməyib ki, Nanə deyiləm".  (Axşam.az)

19.04.2025 18:25
510