Azərbaycanda daha bir şəhid övladı dünyaya göz açıb.
İki gün əvvəl TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Şəhid Samir Sadıqovun oğlu doğulub.
Ona Amir adı verilib. Amirin yola salınma mərasimində Yeni Klinika və YAŞAT Fondu əməkdaşları iştirak edib.
Məlumat üçün bildirək ki, körpənin atası şəhid Sadıqov Samir Cəbrayıloğlu 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub.