Antalyada yağan güclü yağış bir çox məntəqədə daşqınlara səbəb olub.
Musavat.com xəbər verir ki, xüsusilə Kaleiçi, Kəpəz kimi rayonlarda küçələr göllərə çevrilib.
Şəhərin bir çox yerlərində daşqınlar baş verib və nəqliyyat faktiki olaraq dayanıb. Hətta nəqliyyat vasitələrinin çətinliklə hərəkət edə bildiyi yollarda qalan vətəndaşları xilas etməyə gedən yanğınsöndürmə qrupu da yolda qalıb.
Musavat.com