Anna Qriqoryan: Tehranla İrəvan arasında hərbi saziş imzalanmalıdır

“Ümumi təhdidlərlə mübarizə aparmaq üçün İran və Ermənistan arasında hərbi saziş imzalamaq daha yaxşı olardı”.

Bunu Ermənistan parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Anna Qriqoryan İrana səfəri zamanı bəyan edib.

O, İRNA ilə eksklüziv müsahibəsində deyib ki, Ermənistan bu gün müharibə vəziyyətindədir və ölkə ətrafındakı bu vəziyyət hər gün daha da şiddətlənir.

“İranın Ermənistanın ərazi bütövlüyünü qoruyub saxlamaqla bağlı bir neçə dəfə bəyanatlar verməsi ilə yanaşı, iki ölkə arasında münasibətlər hələ də çox yüksək inkişaf potensialına malikdir. Hazırda iki ölkə arasında konkret olaraq hərbi sahədə heç bir razılaşma yoxdur. Belə bir hərbi sazişin bağlanması təhlükələrə nəzarət etmək və qarşısını almaq üçün zəruridir”, - deyə o bildirib.

30.04.2024 02:18
1116