Ankarada yaşayış binasında partlayış olub, ölən var

Türkiyənin paytaxtı Ankara şəhərinin Mamak rayonunda səhər saatlarında 6 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 70 yaşlı qadın ölüb.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Mamak rayon bələdiyyəsinin sədri Murat Köşenin sözlərinə görə, bina sakinləri təxliyə edilib.

29.09.2023 10:11
457