Anım mərasimində çəkilən BU GÖRÜNTÜLƏR ölkəni ayağa qaldırdı - ŞOK VİDEO

Neofaşist qruplar 1978-ci ildə İtaliyada irqçi Gənclik Cəbhəsinin üç üzvünün öldürülməsi ilə bağlı keçirilən anım mərasimində nasist salamları verib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, mərasimə qatılan neofaşistlər öldürülən 3 nəfərin adını çəkərkən “o sağdır” qışqırıblar.

Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra bir çox dairələrdən sərt reaksiya gəlib.

İtaliya Demokratik Partiyasının kommunikasiya direktoru Sandro Ruotolo deyib:

"Faşistlər Acca Larentianı hər dəfə xatırlayanda bu baş verir. Faşizm həmişə mühakimə edilməli olan cinayətdir. Faşist təşkilatları ləğv edilməlidir".

Belə ki, anma mərasimində baş verənlər müzakirələri qızışdırıb.

Musavat.com

09.01.2024 14:25
2534