Ancelina Colinin yaratdığı və başçılıq etdiyi xeyriyyə fondu bağlanıb.
Musavat.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Agentlik iddia edib ki, "Jolie Dalton Helic Foundation" yanvarın 24-dən etibarən rəsmi olaraq bağlanıb.
Qeyd edək ki, adı çəkilən fond Hollivud ulduzu və keçmiş siyasətçi Uilyam Heyq tərəfindən 2015-ci ildə yaradılıb. Fondun yaradılmasında məqsəd qadınlara qarşı zorakılıqla mübarizə olub. İddialara görə, xeyriyyə fondu müxtəlif təşkilatlara milyonlarla dollar borcludur.
Xalidə Gəray
Musavat.com