Venesiyada keçirilən film festivalında iştirak edən Hollivud aktrisası Ancelina Colinin xəstə görünüşü müzakirələrə səbəb olub.
Musavat.com olay-a istinadən bildirir ki, keçmiş əri, Hollivud aktyoru Bred Pittlə məhkəmə çəkişmələri ulduzu sözün əsl mənasında "bitirib".
Qırmızı xalçaya üzərinə "Tamara Ralp" brendinin qum rəngli libasını geyinən Ancelina görünüşünü uyğun xəz palto və vintage "Chanel" markasına məxsus broşu ilə tamamlayıb.
Sosial şəbəkə əhli Colinin büzülmüş qoca əllərini fəal şəkildə müzakirə edib - dəri ilə örtülmüş əzələlər, şişkin damarlar və dərinin boz rəngi...
Onlar "Qırışlar yoxdur, amma əllərinə baxın...", "Qollarının altında sanki uzun qurdlar var", "Qəribədir ki, kosmetoloqlar əllərini gözəlləşdirə bilmir?!", "Son vaxtlar Colinin səhhətində problemlər yaranıb. Görünür ki, həqiqətən də vəziyyəyti pisdir", "Onun əzələ tonusu, venoz tonusu çatışmır", "Qızlar, bu protein çatışmazlığıdır! 30 yaşında oruc tutduğum üçün əllərim belə oldu. Hər şeyin belə olacağını düşünürdüm. Amma mən normal yeməyə başlayanda getdi", "İdman zalından çıxmır, ya da aktrisa getdikcə göz önündə əriyib, quruyur" kimi şərhlər yazıblar.